Super Liqada daha bir ayrılıq
06.03.2024 - 17:23
Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı baş tutub.
Apasport.az xəbər verir ki, "Qaziantep" çalışdırıcısı Marius Sumudika ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ilin sentyabrında "Qaziantep"lə müqavilə imzalayan Marius Sumudika komandasının başında 27 matçda meydana çıxıb. Bu görüşlərdə 10 qələbə və 6 heç-heçə əldə edən klub 36 xal, Sumudika isə orta hesabla 1,33 xal toplayıb.
Rumıniyalı mütəxəssis daha əvvəl 2019-21-ci illər arasında "Qaziantep"də çalışıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0