Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə - VİDEO
03.07.2025 - 00:28
Tarixdə bu gün: 1998 Dünya Kubokunda dramatik qələbə  - VİDEO

Fransada keçirilən 1998-ci il Dünya Kubokunun 1/4 final mərhələsində ev sahibi Fransa millisi, gərgin və dramatik keçən qarşılaşmada İtaliya yığmasını penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, əsas və əlavə vaxtda komandalar hesabı açmağa nail olmayıb – 120 dəqiqəlik oyunun ardından tablo 0:0 olaraq qalıb.

Matçın taleyi penalti seriyasında həll olunub. Fransa millisi bu mərhələdə 4:3 hesabı ilə qazanaraq növbəti raunda vəsiqə qazanıb.

Bu qələbə Fransa yığmasının 1998-ci il Dünya Kuboku yolunda dönüş nöqtəsi olub. Yarımfinalda Xorvatiyanı məğlub edən “Les Bleus”, finalda Braziliyanı 3:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə Dünya çempionu oldu.

İtaliya isə ardıcıl üçüncü dəfə Dünya Kubokunda penaltilərdə mübarizəni dayandırdı (1990 – Argentina, 1994 – Braziliya, 1998 – Fransa). Bu uğursuz penalti seriyaları İtaliya futbol tarixində "penalti lənəti" kimi də xatırlanır.