
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Ştutqart"la oyun öncəsi mətbuat konfransında açıqlama verib.
Apasport.az xəbər verir ki, Tedesko Con Duranla bağlı sualları da cavablandırıb.
"Con Duranın "Ştutqart"la matça 100% hazır olacağını demək çətindir. O, məşqdə qismən iştirak edir. Zamanla görəcəyik. Ümid edirəm, o, tezliklə bizimlə olacaq".
Con Duran bu mövsüm "Fənərbaxça"nın heyətində 6 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bazar dəyəri 35 milyon avro olan futbolçunun "sarı-lacivərdlilər"lə mövsümün sonuna qədər icarə müqaviləsi var.
Qeyd edək ki, 21 yaşlı futbolçu avqustun 27-dən zədə səbəbindən meydana çıxmır.