“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq komandasının futbolçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsinə biganə qalmayıb.
Apasportaz saytının məlumatına görə, niderlandlı mütəxəssis məsələ ilə bağlı klub rəhbərliyi ilə görüşüb.
O, portuqaliyalı ulduzu komandasında görmək istəmədiyini bəyan edib. Ten Haq bildirib ki, Ronaldo bundan sonra “Mançester Yunayted”də çıxış edə bilməz.
Mançester təmsilçisinin rəhbərliyi isə vəziyyətdən çıxış yolları axtarmaq üçün hüquqi konsultasiyalara başlayıb. Ten Haq hazırda yaxşı formada olan Kriştianonun komandaya xeyir verə biləcəyinə əminliyini gizlətməyib. Amma niderlandlı bunun komanda daxilindəki atmosferi korlamasını istəmir. Bu üzdən də Ronaldonun yanvarda göndərilməsinin tərəfdarıdır.
Qeyd edək ki, Premyer Liqa klubunun təcrübəli futbolçuları da Kriştianonun belə müsahibə verməsini narazılıqla qarşılayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı