TFF Berke Özerlə bağlı qərar verib
14.10.2025 - 15:47
TFF Berke Özerlə bağlı qərar verib

Xəbər verdiyimiz kimi, "Lill"in və Türkiyə yığmasının futbolçusu Berke Özer Bolqarıstanla matçdan sonra millinin düşərgəsini tərk edib.

Türkiyə Futbol Federasiyası (TFF) Berke Özerin təlim-məşq toplanışını icazəsiz tərk etdiyini iddia etsə də, 25 yaşlı qolkiper bunu təkzib edib.

TFF Peşəkar Futbol Federasiyasına (PFDK) göndərilməsi gözlənilən millinin qolkiperi ilə bağlı sürpriz qərar verib.

Apasport.az yerli mediaya istinadla xəbər verir ki, TFF Berke Özerə qarşı heç bir sanksiya tətbiq etməyəcək.

Federasiya rəhbərliyinin bu qərarı millinin qapıçısını komandaya yenidən qazandırmaq üçün verdiyi bildirilir.

Qeyd edək ki, 25 yaşlı qolkiper PFDK-ya sövq edilsəydi, onu iki aydan bir ilə qədər qadağa gözləyirdi.