TFF Montella ilə “yola davam” dedi - RƏSMİ
27.06.2025 - 16:52

Türkiyə Futbol Federasıyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, italyan mütəxəssisin müqaviləsinin müddəti uzadılacaq.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı məşqçi üçün bazar ertəsi günü imza mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ildən Türkiyə yığmasına rəhbərlik edir.
0
0