Braziliya millisinin sabiq baş məşqçisi Tite tezliklə çalışdırıcı fəaliyyətini bərpa edəcək.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-dəki uğursuzluqdan sonra postundan kənarlaşdırılan mütəxəssis 5 komandadan təklif alıb.
Onun xidmətində üç yığma və iki Avropa klubu maraqlıdır. Bu komandaların adları açıqlanmasa da, Tite təklifləri nəzərdən keçirmək üçün vaxt istəyib. Qərar verməyə tələsməyən Tite məzuniyyətdən sonra yeni işinə başlamaq fikrindədir.
Qeyd edək ki, 2016-cı ildən Braziliya yığmasını çalışdıran mütəxəssis DÇ-2022-nin 1/4 final mərhələsinin Xorvatiya ilə oyunundan (1:1, pen. 2:4) sonra postundan ayrılıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı