"Tottenhem"də yeni müqavilə
18.08.2025 - 14:42
"Tottenhem"də yeni müqavilə

İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" müdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, London təmsilçisi Dyed Spense ilə uzunmüddətli sözləşməyə imza atıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin şərtləri və müddəti haqda rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Dyed Spense ötən mövsüm çıxdığı 35 matçda 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.