“Tottenhem”dən antirekord - 52 ildən sonra ilk dəfə
30.08.2026 - 12:05
“Tottenhem” İngiltərə Premyer Liqasının ilk iki turunda qələbə qazana və qol vura bilməyib.
Apasport.az xəbər verir ki, London təmsilçisi bu nəticə ilə 1974/75 mövsümündən sonra ilk dəfə çempionata ilk iki oyunda qolsuz başlayıb.
Komanda ilk turda səfərdə “Brentford”a 0:3, ikinci turda isə doğma meydanda “Nyukasl”a 0:2 hesabı ilə uduzub.
Roberto De Dzerbinin rəhbərlik etdiyi kollektiv iki turdan sonra xalsızdır və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Tottenhem” növbəti oyununu sentyabrın 5-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.
0
0