“Trabzonspor” doğma meydanda xal itirib
08.11.2025 - 20:11
“Trabzonspor” doğma meydanda xal itirib

Türkiyə Super Liqasının XIII turunda “Trabzonspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

Apasport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Matçın 36-cı dəqiqəsində “Alanyaspor”un futbolçusu Ahmed Hassan komandasını önə keçirib. 67-ci dəqiqədə Edin Vişça fərqi aradan qaldırıb – 1:1.

Bu nəticədən sonra “Trabzonspor” xallarını 23-ə yüksəldib, “Alanyaspor” isə 13 xalla turnir cədvəlində aşağı sıralarda yer almağa davam edib.