
Ötən gün Türkiyə Super Liqasının XXV turunda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edib.
Apasport.az xəbər verir ki, matçdan sonra "Trabzonspor" derbinin baş hakimi Slavko Vinçiçlə bağlı açıqlama verib.
Qara dəniz təmsilçisi "Fənərbaxça" və "Qalatasaray"la oynayacaqları matçlarda görüşü Slavko Vinciçin idarə etməsini istəyib:
"Futbolda ədaləti qorumaq, rəqabətin bərabər şəraitdə həyata keçirilməsini təmin etmək bütün maraqlı tərəflərin ümumi məsuliyyətidir.
Bu çərçivədə kritik matçların nəticəsinə birbaşa təsir edə biləcək səhvlərin qarşısını almaq üçün "Fənərbaxça" ilə səfər, "Qalatasaray"la ev oyunumuzu təcrübəli və ən əsası ədalətli idarəçilik nümayiş etdirəcəyinə inandığımız Slavko Vinçiçin idarə etməsini tələb edirik".
Qeyd edək ki, İstanbul derbisində qalib müəyyənləşməyib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?