"Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
09.07.2026 - 15:53
"Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu

"Turan Tovuz"dan ayrılan Sergey Samokun yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, rusiyalı qapıçı karyerasını ölkəsində davam etdirəcək.

25 yaşlı qolkiper Moskva təmsilçisi "Veles"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Samok I Liqa klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sergey Samok 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O, 2025/26 mövsümündə Premyer Liqada 11 oyunda meydana çıxıb və qapısında 10 qol görüb.