Türkiyə - İspaniya matçının keçiriləcəyi stadion açıqlanıb
09.05.2025 - 16:54

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə İspaniya arasında keçiriləcək matçın stadionu açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Türkiyə millisinin E qrupunda ilk ev matçı Konyada baş tutacaq.
Konya Böyükşəhər Stadionunda keçiriləcək qarşılaşma sentyabrın 7-si saat 22:45-də start götürəcək.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Türkiyə millisi Bolqarıstan, Gürcüstan və İspaniya ilə E qrupunda yer alıb.
0
0