Türkiyəli hakimdən mərc oyunlarıyla bağlı açıqlama: ÜZVLÜYÜM BELƏ YOXDUR
26.12.2025 - 23:55
Türkiyəli hakimdən mərc oyunlarıyla bağlı açıqlama: ÜZVLÜYÜM BELƏ YOXDUR

Adı mərc oyunları ilə hallanan və Türkiyə Futbol Federasiyası tərəfindən intizam komitəsinə göndərilən keçmiş Super Liqa hakimi Ali Palabıyık açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli referi bu məsələnin təxribat olduğunu və heç vaxt mərc oyunları ilə məşğul olmadığını bildirib:

“Təxminən 4 aydır ABŞ-dəyəm. Haqqımda yayılan xəbərləri eşitdim. İlk fürsətdə Türkiyəyə gələcəyəm. Yenə qaralama kampaniyası aparırlar. Həyatımda heç vaxt mərc oynamamışam. Həmin saytlarda heç üzvlüyüm belə yoxdur. İstintaqın rəhbəri Ferhat Gündoğdu bizi hədəf seçib. İlk mərhələdə uğur qazana bilmədi, ikinci mərhələdə isə bir çox hakim dostumu haqsız yerə vəzifəsindən uzaqlaşdırdı. Bu hələ də davam edir".