UEFA Türkiyə Superliqa klubu olan "Fənərbaxça"nı cəzalandırıb.
Apasport.az xəbər verir ki, UEFA-nın saytında yer alan açıqlamada "Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və sahəyə atılan əşyalar səbəbilə "sarı-lacivərdli" azarkeşlərin 3 səfər matçına buraxılmayacağı bildirilib.
"Fənərbaxça" Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına qədər uzanacaq.
Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça" Yunanıstanın "Olimpiakos" klubu ilə cütləşib. Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi