UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
13.08.2025 - 14:29
UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu

Azərbaycan UEFA reytinq cədvəlində xal ehtiyatını artırıb.

Apasport.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"nı (Şimali Makedoniya) məğlub etməsi ilə reallaşıb.

Komandamız rəqibini 5:1 hesabı ilə üstələyib.

Bu qalibiyyət Azərbaycanın reytinqinə daha 0,250 xal əlavə edib. Hazırda ölkəmiz 19,250 xalla 28-ci yerdə qərarlaşıb.

27-ci yerdə olan Ukrayna isə 19,600 xala malikdir.