"Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç Türkiyənin iki klubu – "Fənərbaxça" və "Qalatasaray" tərəfindən göndərilən transfer təkliflərini rədd edib.
Apasport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin iddiasına əsasən, hər iki klub Vlahoviçi yay transfer pəncərəsində heyətinə qatmaq istəyib. Lakin 24 yaşlı forvard karyerasını daha yüksək səviyyədə davam etdirmək istədiyi üçün bu təkliflərə mənfi cavab verib.
Qeyd edək ki, Vlahoviçin adı son həftələrdə "Çelsi", "Atletiko Madrid" və PSJ kimi klublarla da hallanır. "Yuventus" isə hücumçunun satışından böyük gəlir əldə etməyi planlaşdırır.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu