"Vulverhempton"un Neto üçün istədiyi məbləğ bəlli olub
23.02.2024 - 09:31
"Vulverhempton" Pedro Netonun satış qiymətini açıqlayıb.
Apasport.az xəbər verir ki, Premyer liqa təmsilçisi 23 yaşlı vinqeri 80 milyon funt-sterlinqə buraxmağı planlaşdırır.
Portuqaliya millisinin də şərəfini qoruyan cinah oyunçusunun "Arsenal", "Tottenhem" və "Çelsi"nin maraq dairəsində olduğu bildirilir. Məhz bu diqqəti dəyərləndirmək istəyən “Vulverhempton” rəhbərliyi gənc futbolçudan qazanc əldə etmək niyyətindədir.
Qeyd edək ki, bu mövsüm 19 matçda meydana çıxan Neto aktivinə 3 qol və 11 məhsuldar ötürmə yazdırıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0