İspaniya La Liqasının XIX turu çərçivəsində səfərdə “Deportivo” ilə matçda het-trik edən “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü karyerasında 33-cü dəfə bir oyunda 3 qola imza atıb.
Bu het-triklərdən 22-si isə İspaniya çempionatında qeydə alınıb.
Bununla da Messi “Atletik”in sabiq hücumçusu Telmo Sarra və “Real”ın əfsanəvi forvardı Alfredo di Stefanoya çatıb.
Qeyd edək ki, Messi hazırda La Liqada yalnız "Real"ın hücumçusu Kriştianu Ronaldodan geri qalır. Portuqaliyalının hesabında 23 het-trik var.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi