Çili yığmasının sabiq futbolçusu Marselo Salas xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İtaliyada “Yuventus” və “Latsio” kimi klubların da şərəfini qorumuş hücumçunun Dominikan Respublikasındakı istirahəti pozulub.
Sevgilisi Canella Marenqo ilə birlikdə tətilə çıxan Salasla kurortda istirahət edən digər turist arasında mübahisə düşüb. Nəticədə onlar əlbəyaxa olublar.
Marselonu yerə sərən qonaq otelin mühafizəçiləri gələnədək sabiq futbolçunu döyüb. Canellanın qışqırıb, köməyə çağırmasına özünü yetirən mühafizəçilər isə coşmuş cənubi amerikalını güclə ayıra bilib. Qalmaqaldan sonra Salas hər şeyin qaydasında olması ilə bağlı açıqlama versə də, hadisənin şahidlərindən birinin telefona çəkdiyi görüntülər Salasın ciddi döyülməsini göstərir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə