Xorvatiya millisinin üzvü "Brayton"da - RƏSMİ
14.07.2026 - 14:04
“Brayton” Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, sözləşmənin müddəti daha bir il uzadıla bilər.
“Brayton” bu keçid üçün “Tottenhem”ə 46 milyon funt sterlinq (təxminən 53,8 milyon avro) ödəyib. Bonuslarla birlikdə transferin ümumi dəyərinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi bildirilir.
Qeyd edək ki, Luka Vuşkoviç ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 6 qol vurub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0