Xorvatiya millisinin üzvü Super Liqa klubunda
17.06.2025 - 17:22
Türkiyə Super Liqasına yüksələn "Kocaelispor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda son olaraq ölkəsində "Dinamo Zaqreb" forması geyinən Bruno Petkoviçlə razılaşma əldə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 30 yaşlı forvard tibbi yoxlanışdan keçmək üçün cümə günü Kocaeliyə yollanacaq.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü başa çatan mövsümdə komandasının heyətində çıxış etdiyi 26 rəsmi matçda 6 qol, 4 assistlə yadda qalıb.
- “Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
0
0