Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandası açıqlanıb.
Apasport.az xəbər verir ki, bu, məşhur “Transfermarkt” analitik portalı tərəfindən tərtib edilib.
Siyahıdakı ən bahalı ulduz bazar dəyəri 200 milyon avro qiymətləndirilən "Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamin Yamaldır.
Qapıçı "Porto"dan Dioqo Kostadır (40 milyon avro).
Müdafiə xəttinə hər birinin dəyəri 80 milyon avro olan Pau Kubarsi ("Barselona"), Alessandro Bastoni ("İnter") və Villyam Saliba ("Arsenal") daxildir.
Yarımmüdafiəçilər Federiko Valverde (130 milyon avro), Pedri (140 milyon avro), Jud Bellinqhem (180 milyon avro), Lamin Yamal (200 milyon avro) və Vinisius Juniordan (170 milyon avro) ibarətdir.
Hücumda isə hər biri 180 milyon avro dəyərləndirilən Kilian Mbappe ("Real") ilə Erling Haalanddır ("Mançester Siti").
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi