Yan Sommer Belçika yolunda
13.07.2026 - 00:46
Belçika təmsilçisi "Klub Brügge" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, İsveçrə millisinin qapıçısı Yann Sommer "Klub Brügge"yə transfer olunacaq.
Tərəflər arasında razılıq əldə olunub və keçidin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, 37 yaşlı qolkiper son olaraq İtaliyanın "İnter" klubunda çıxış edib.
O, karyerası ərzində "Borussiya Mönhenqladbax" və "Bavariya"nın da formasını geyinib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0