Yunan futbolçu “Dortmund”da
17.08.2026 - 20:36
Yunan futbolçu “Dortmund”da

“Borussiya” Dortmund İoannis Konstanteliasın transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, Almaniya klubu 23 yaşlı yarımmüdafiəçini Yunanıstanın PAOK klubundan heyətinə qatıb.

Konstantelias Dortmund təmsilçisi ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Bundesliqa klubu futbolçunun transferi üçün PAOK-a 26 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, daha 6 milyon avro bonuslar nəzərdə tutulub. PAOK, həmçinin futbolçunun növbəti satışından 15 faiz pay əldə edəcək.