"Yuventus" Kənan Yıldız üçün 60 milyon istəyir
26.02.2024 - 14:18
Turin klubu "Yuventus" London təmsilçisi "Arsenal"ın maraq dairəsində olan yarımmüdafiəçisi üçün yüksək məbləğdə təzminat tələb edir.
Apasport.az “The Sun”a istinadla xəbər verir ki, söhbət Turin təmsilçisinin 60 milyon avroya satmağa hazır olacağı Kənan Yıldızdan gedir.
Yıldız əvvəllər “Bavariya”nın akademiyasında çıxış etsə də, əsas komandada oynamaq şansı qazanmayıb. Turin “Yuventus”unun əsas komandası üçün 18 yaşlı türk İtaliya A Seriyasında cəmi 3 oyun keçirib və 2 qol vurub.
Daha əvvəl “Arsenal”ın gənc futbolçunu yayda almaq istədiyi bildirilirdi.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0