"Yuventus" Kenanı komandada saxlamaq istəyir - Yeni təklif hazırlanır
01.12.2025 - 13:55
"Yuventus" Kenanı komandada saxlamaq istəyir - Yeni təklif hazırlanır

“Yuventus” türk hücumçusu Kenan Yıldızı komandada saxlamaq üçün ciddi səylər göstərir.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin gənc oyunçu ilə müqavilə müddətini uzatmaq planı gündəmdə olsa da, tərəflər hələlik razılaşma şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.

Prosesi çətinləşdirən əsas amillərdən biri isə 20 yaşlı futbolçuya İngiltərə Premyer Liqasının bir neçə top-klubunun maraq göstərməsidir.

“Yuventus” il sonunadək Kenana yeni təklif edəcək. Turinlilər ona ildə 5–5,5 milyon avro maaş və UEFA Çempionlar Liqasına vəsiqə qazanılacağı təqdirdə bonuslar verməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl mətbuatda futbolçunun agenti ilə “Arsenal”ın nümayəndələrinin əlaqə saxlaması barədə xəbərlər yayılmışdı.