“Yuventus” onu gözləyir
14.12.2022 - 18:34
“Yuventus”un futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, zədə üzündən Fransa yığması ilə DÇ-2022-yə getməyən yarımmüdafiəçi əməliyyat sonrası bərpa prosesi keçir.
Hələ komanda məşqlərinə qatıla bilməyən Poqba yanvarın sonunda meydana çıxa biləcək. O, “Napoli” ilə ayın 13-dəki görüşü də buraxacaq.
Qeyd edək ki, Pol yayda “Mançester Yunayted”lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə Turin klubuna qayıdıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0