"Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb
19.06.2025 - 08:15
"Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb

"Yuventus" klublararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda "Əl-Əyn"i məğlub edib.

Apasport.az xəbər verir ki, birinci hissədə hesabı 4:0 edən "qoca sinyora" yekunda 5:0 qələbə qazanıb. 

Beləliklə, Turin klubu 7 il sonra ilk dəfə birinci hissədə 4 qola imza atıb. 

"Opta"nın məlumatına görə, "Yuventus" daha əvvəl 2018-ci ilin fevral ayında "Sassuolo" ilə qarşılaşmada bunu bacarıb. 

Qeyd edək ki, həmin matç Turin təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.