“Yuventus”dan yeni transfer – Zeki Çeliklə 3 illik müqavilə
16.07.2026 - 23:47
“Yuventus” Türkiyə millisinin futbolçusu Zeki Çeliki heyətinə qatıb.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayıb. O, “Roma”dan azad agent kimi ayrılaraq “Yuventus”a keçib.
Türkiyəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zeki Çelik 2025/2026 mövsümündə “Roma”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Cinah müdafiəçisi karyerası ərzində “Bursaspor”, “İstanbulspor” və Fransanın “Lill” klublarında da çıxış edib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0