Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan yenidən futbol meydanlarına qayıdacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, fransalı mütəxəssis bu barədə "Le Parisien" nəşrinə danışıb.
“Mən hələ də məşqçiyəm və yenə də işləyəcəyəm. Tezliklə işimə qayıdacam”, – deyə Zidan bildirib.
2016–2021-ci illərdə “Real”a rəhbərlik edən Zidan bu müddətdə iki dəfə La Liqanın, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun və bir dəfə Klublararası Dünya Çempionatının qalibi olub.
Fransada uzun müddətdir ki, Zidana milli komandanın baş məşqçisi postu üçün əsas namizəd kimi baxılır.
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”