“Zirə”dən Fransa Liqa 1-Ə
17.07.2026 - 16:24
“Zirə”dən ayrılan Ayron Qomisin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Fransanın Liqa 1 təmsilçisi “Troya”da davam etdirəcək.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, seneqallı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Troya” yeni mövsümdə Fransanın yüksək liqasında çıxış edəcək.
Xatırladaq ki, Ayron Qomis 2024-cü ilin sentyabrında “Zirə”yə transfer olunmuşdu. O, bu ilin iyulunda Bakı təmsilçisindən ayrılıb.
0
0