Ziyeş rəsmən Braziliya klubunda
10.09.2026 - 18:57
"Botafoqo" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi Hakim Ziyeşi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mərakeş millisinin üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ziyeşin son klubu ölkəsində "Vidad" olub.
0
0