Türkiyədə futbol mərcləri ilə bağlı əməliyyatların ikinci dalğası davam edir.
Apasport.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu əməliyyat çərçivəsində bir çox futbolçu və klub rəhbərləri barəsində həbs qərarı çıxarıldığını açıqlayıb.
Bank hesablarının yoxlanılması nəticəsində şübhəli maliyyə əməliyyatları apardıqları aşkarlanan yuxarı divizion hakimi Zorbay Küçük də saxlanılan şəxslər arasında yer alıb.
Saxlanılanlar arasında daha əvvəl mərc oynadığı üçün futboldan uzaqlaşdırılan və 12 aylıq cəza alan "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, keçmiş hakim və idman şərhçisi Ahmet Çakar, "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş, "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak, "Antalyaspor"un vitse-prezidenti Emrah Çelik də var.