Zuma BƏƏ klubunda
11.07.2026 - 16:51
Fransa millisinin sabiq müdafiəçisi Kurt Zuma karyerasını BƏƏ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu “Palm Siti”yə keçib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Təcrübəli müdafiəçi ilə imzalanan müqavilənin detalları yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Zuma karyerası ərzində “Sent-Etyen”, “Çelsi”, “Stok Siti”, “Everton” və “Vest Hem” klublarında çıxış edib. O, Fransa millisinin də formasını geyinib.
Müdafiəçi ötən mövsüm Rumıniyanın ÇFR klubunun heyətində 3 matça çıxıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0