Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub
21.09.2026 - 10:04
Azərbaycan atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.
Apasport.az xəbər verir ki, idmançı yarımmarafonda mübarizə aparıb.
A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.
Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.
0
0