“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı
11.09.2026 - 18:46
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.

Apasport.az xəbər verir ki, günün ikinci matçında “Elite Polo Club” (Azərbaycan) və “Moscow Polo Club” (Rusiya) qarşılaşıb.

Saat 17:15-də başlayan qarşılaşma təmsilçimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirə sentyabrın 13-də yekun vurulacaq.