"Daha 3 kənd işğaldan azad edilib" - Azərbaycan Prezidenti
16.10.2020 - 22:10
"Daha 3 kənd işğaldan azad edilib" - Azərbaycan Prezidenti

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.