“Son 20 ildə idman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb. Bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunur. Ancaq fəsadları çox ağır olur”.
Apasport.az saytının məlumatına görə, bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.
“Hilton” otelində baş tutan tədbirdə Ağayeva bildirib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur: "Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar".
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb