Azərbaycan idmançıları yeni rekord müəyyənləşdiriblər
23.05.2008 - 15:29
Bununla da, ölkəmiz planetin ən nüfuzlu yarışına qatılmaq üçün 39-cu lisenziyaya sahib çıxıb. İndiyədək idmançılarımız olimpiadaya maksimum 38 lisenziya qazanmışdılar. Olimpiya yığmamız 1996-cı ildə Atlantaya 23, 2000-ci ildə Sidneyə 31, 2004-cü ildə isə Afinaya 38 vəsiqə əldə etmişdi. Pekin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnirlər başa çatmamış idmançılarımız 4 il əvvəlki göstəricini üstələyiblər. Qarşıdakı olimpiadada ölkəmizin güləş (16 lisenziya), cüdo (6), ağır atletika (5), bədii gimnastika (3), boks (2), atletika (2), üzgüçülük (2), taekvondo (1), atıcılıq (1) və atçılıq (1) növlərində təmsil olunacağı dəqiqdir. Lisenziya xarakterli yarışlar iyunun sonlarında yekunlaşacaq.
Qeyd edək ki, Pekin Olimpiadası bu il 8-24 avqust aralığında keçiriləcək.
Qeyd edək ki, Pekin Olimpiadası bu il 8-24 avqust aralığında keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0