Azərbaycan yığmasının məşqçisi: “Rustavidə keçirilən yarışda bizə həyətində toyuq-cücə saxlanılan ev təklif etmişdilər”
26.05.2008 - 14:15
Rustavi. Elşən Məmmədov-APA-Sport. Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycanı yığma komandamızla yanaşı, Respublika Olimpiya İdman Liseyinin pəhləvanları da təmsil ediblər. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Rəşad Rəşidov məlumat verib. Onun sözlərinə görə, güləşçilərimiz turnirdən 2 qızıl və 1 bürünc medalla qayıdıblar. Qızıl medalları Orxan Cabbarlı (50 kq) və Orxan Paşayev (58 kq) qazanıb. Bürünc medala isə Sərxan Məmmədov (50 kq) sahib çıxıb. R.Rəşidov turnirin xeyli aşağı səviyyədə təşkil edildiyini bildirib: “Beynəlxalq Güləş Federasiyasının nümayəndəsi milliyyətcə erməni idi. Gürcüstan və Ermənistan hakimləri bir-biriləri ilə əlbir işləyərək, güləşçilərimizi sıxışdırırdılar. Bundan başqa nümayəndə heyətimizə qalmaq üçün bazarın yanında həyətində toyuq-cücə saxlanılan şəxsi evi təklif etmişdilər. Hansı ki, orada bir otaqda 9 çarpayı qoyulmuşdu. Deyirdilər ki, Ermənistan güləşçiləri ilə birgə qalmamağımız üçün belə edirlər. Biz onların hərəkətini özümüzə qarşı böyük hörmətsizlik kimi qəbul etdik. Biz gürcüstanlılara qarşı daim qonaqpərvərlik göstərmişik. Əvəzində onlardan çox pis münasibət gördük”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0