Avropa çempionatına yollanan Azərbaycan sərbəst güləş yığmasının heyəti açıqlanıb
27.05.2008 - 11:59
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 24-də Latviyanın Dauqavpils şəhərində start götürəcək Avropa çempionatına yollanacaq Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Firdovsi Umudov məlumat verib. Onun sözlərinə görə, qitə birinciliyində ölkəmiz bütün 10 mümkün çəki dərəcəsində təmsil olunacaq. Belə ki, Baltikyanı ölkəyə Çingiz Qaxacov (42 kq), Toğrul Əsgərov (46 kq), Nicat Muradov (50 kq), Hadı Əliyev (54 kq), Nurlan Hacıyev (58 kq), İbrahim Yusubov (63 kq), Kazım Abbasov (69 kq), Fərid Mustafayev (76 kq), Aslanbek Alborov (85 kq) və Aslan Cəbişov (100 kq) aparılacaq. Ç.Qaxacov, N.Muradov, N.Hacıyev, K.Abbasov, A.Alborov yarışın ilk günündə döşək üzərinə çıxacaqlar. Ertəsi gün isə mübarizəyə T.Əsgərov, H.Əliyev, İ.Yusubov, F.Mustafayev və A.Cəbişov qoşulacaq.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0