Avropa çempionatında hakimlər bir oyun üçün 10 min avro alacaq
04.06.2008 - 11:38
Bakı – APA-Sport. Avstriya və İsveçrədə keçiriləcək futbol üzrə Avropa çempionatını idarə edəcək hakimlərin əmək haqqı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, baş hakim idarə etdiyi hər bir oyunun qarşılığında 10 min avro qazanacaq. Onun köməkçiləri – yan xətt hakimləri hərəyə 5,5 min avro ilə kifayətlənəcəklər. Qonorarların həcmi qitə birinciliyinin bütün 31 matçı üçün eyni olacaq. Belə ki, təşkilatçılar bu zaman hakimlər üçün oyunun mürəkkəblik dərəcəsini, qrup qarşılaşması ilə final matçını fərqləndirməməyi qərara alıblar. Bundan başqa 7 – 29 iyunda keçiriləcək turnir ərzində bütün hakimlər hərəyə 200 avro sutkalıq məvacib alacaqlar. Avropa çempionatının oyunlarını qitənin 12 ölkəsindən 12 hakimlər briqadası (referi + 2 laynsman) idarə edəcək. Zədə alacaqları təqdirdə həmkarlarını əvəzləmək üçün yarışa ehtiyat hakim qismində daha 8 nəfər - İvan Bebek (Xorvatiya), Qjeşoj Gilevski (Polşa), Stefan Lannua (Fransa), Oleqariu Benkerensa (Portuqaliya), Viktor Koşşoi (Macarıstan), Kreyq Tomson (Şotlandiya), Kristin Yakobsson (İslandiya), Damir Skomina (Sloveniya) hazırlaşıb. UEFA-nın qərarına əsasən, çempionatın bütün oyunlarında Avropa kubokları uğrunda qarşılaşmalar zamanı tətbiq olunan hakimlər arasında radioəlaqədən istifadə ediləcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0