Koreyada təlim-məşq toplanışı keçəcək Azərbaycan taekvondo yığmasının heyətində dəyişiklik edilib
04.06.2008 - 16:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Koreyanın paytaxtı Seulda təlim-məşq toplanışı keçəcək kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olunub. Azərbaycan Taekvondo Federasiyasının meneceri Nağı Səfərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov heyətdən çıxarılıb. Buna təcrübəli idmançının zədələnməsi səbəb olub. Analoji problem ucbatından dünya çempionu Niyaməddin Paşayev və Avropa çempionatının qızıl medalçısı İlkin Şahbazov da səfərə aparılmayacaq. Əvəzində, yığmanın heyətində Pekin Olimpiadasına çıxış edəcək yeganə taekvondoçumuz Rəşad Əhmədov, eləcə də Rövşən Məmmədov, Elnur Amanov, Ramin Əzizov, Sənan Əsədzadə, Fariz Əliyev və Aydın Bəhmənov yer alıb. Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kollektiv Seula iyunun 13-də yollanacaq. Milli komandamız iki həftəlik təlim-məşq toplanışının ardından 1-4 iyul aralığında Koreyanın Çunçon şəhərində keçiriləcək taekvondo festivalına qatılacaq. Yığmamız iyulun 9-da vətənə dönəcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0