Azərbaycan idmançılarının qatılacaqları I Dünya İntellektual Oyunları Çində təşkil olunacaq
04.06.2008 - 18:22
Bakı. Aqşin Əliyev - APA-Sport. I Dünya İntellektual Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarış bu il 3-18 oktyabr aralığında Çinin paytaxtı Pekində keçiriləcək. Azərbaycan idmançılarının da mübarizə aparacağı I Dünya İntellektual Oyunları şahmat, bric, dama, qo və Çin şahmatı üzrə baş tutacaq. Turnirdə 100-də çox ölkənin 3 minə yaxın təmsilçisinin qüvvəsini sınayacağı gözlənilir. Beynəlxalq İntellektual İdman Oyunları Federasiyasının prezidenti Joze Damiani keçirdiyi mətbuat konfransında dünyada 1 milyard insanın intellektual oyunlarla məşğul olduğunu söyləyib. J.Damiani onu da əlavə edib ki, I Dünya İntellektual Oyunlarında əsasən zehni gücdən istifadə olunmasına baxmayaraq, iştirakçılar dopinq yoxlamasından keçəcəklər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0