Avstriyada futbol fanatları üçün müvəqqəti türmə açılıb
06.06.2008 - 11:54
Bakı – APA-Sport. Avstriyanın İnsburq şəhərindəki sərgi mərkəzində Avropa çempionatı müddətində futbol fanatları üçün müvəqqəti türmə açılıb. «APA-Sport» agentliyinin məlumatına görə, orijinal formalı binada hər biri 36 kvadrat metr olmaqla, 5 polad barmaqlıq yerləşib. Belə kamerada qısa müddətdə 30 nəfər yerləşə bilər. Avstriya polisi daha aqressiv xuliqanları burada bir neçə gün saxladıqdan sonra əsl türməyə köçürmək niyyətindədir.
Qeyd edək ki, qitə birinciliyi 7 – 29 iyunda Avstriya və İsveçrədə keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyi 7 – 29 iyunda Avstriya və İsveçrədə keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0