Luis Araqones: “Belə turnirdə ilk oyunu heç vaxt uduzmaq olmaz”
07.06.2008 - 11:46
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “İspaniya yığmasının məşqçilər korpusu rəqibi kifayət qədər öyrənə bilib. Mən Rusiya ilə start oyunu ərəfəsində tam arxayınam. Futbolçularımın qələbə üçün hər şey edəcəyinə şübhə etmirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İspaniya milli komandasının baş məşqçisi Luis Araqones deyib. İyunun 10-u Bakı vaxtı ilə saat 21.00-da Rusiya ilə matça çıxacaq pireneylilər rəqibdən ehtiyatlansa da, özlərinə əmindirlər: “Etiraf edim ki, rusiyalıların oyun üslubu bizim üçün münasib deyil. Bir qrup sürətli futbolçusu olan rəqib ani olaraq əks hücuma keçməyi bacarır. Belə turnirdə ilk oyunu heç vaxt uduzmaq olmaz. Bu haqda düşünməyə də dəyməz. David Vilya tam hazır olsa, iki hücumçu ilə mübarizə aparacağıq”. Qeyd edək ki, oyunda İspaniya yığmasının və “Valensiya”nın zədəsini yeni sağaldan futbolçusu ilə “Liverpul”un hücumçusu Fernando Torresin tandem təşkil etməsi gözlənilir.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0