Avropa çempionatında hələlik ən erkən qolun müəllifi Luka Modriç olub
09.06.2008 - 10:16
Bakı. Elşən Məmmədov - APA-Sport. Avstriya və İsveçrədə təşkil olunan futbol üzrə Avropa çempionatının ikinci günündə B qrupunda ilk turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, əvvəlcə Avstriya yığma komandası Xorvatiya ilə qarşılaşıb. Oyunun 4-cü dəqiqəsində hollandiyalı hakim Peter Vink xorvatiyalı İvitsa Oliçə qarşı kobudluq səbəbindən meydan sahiblərinin qapısına penalti təyin edib. Luka Modriç bu fürsətdən yararlanmaqla, qitə birinciliyində ilk penalti zərbəsinin və hələlik ən erkən qolun müəllifi kimi tarixə düşüb. Qalan dəqiqələrdə hesab dəyişməyib və Avstriya da digər təşkilatçı ölkə İsveçrə kimi mübarizəyə eyni hesablı məğlubiyyətlə başlayıb – 0:1. Belə ki, ilk oyun gününün açılış matçında A qrupunda yer alan İsveçrə Çexiyaya minimal hesabla uduzub.
B qrupunun digər görüşündə Azərbaycan yığmasının qitə birinciliyinin seçmə qrup mərhələsindəki rəqibi olmuş Polşa ilə millimizin 2010-cu il dünya çempionatının seçmə tsiklində qarşılaşacağı Almaniya üz-üzə gəlib. Bu matçda isə polyak əsilli Lukas Podolski çempionatın ilk “dubl” müəllifi kimi tarixə düşüb. 24 yaşlı futbolçunun vurduğu qollar sayəsində Almaniya yığması qələbə qazanıb – 2:0.
Avstriya - Xorvatiya - 1:0
Luka Modriç, 4 – penalti ilə
Almaniya - Polşa - 2:0
Lukas Podolski, 20, 72
Bu gün C qrupunda ilk turun görüşləri olacaq:
21:00. Fransa - Rumıniya
23:45. Hollandiya - İtaliya
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0