Azərbaycan cüdoçuları Yunanıstanda keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər
10.06.2008 - 14:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Yunanıstanın paytaxtı Afinada kişi və qadınlar arasında cüdo üzrə beynəlxalq turnir keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 14-15-də baş tutacaq yarışda Azərbaycan yığması da mübarizə aparacaq. Ölkəmiz yalnız kişilərin turnirində təmsil olunacaq. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi yarışa gənc idmançıları göndərməyi məqsədəuyğun sayıb. Bu addımın atılmasına Fransada təlim-məşq toplanışı keçən əsas milli komandamızın Pekin Olimpiadasına hazırlaşması səbəb olub. Beləliklə, Afinada həmyerlilərimizdən Rasim Əsədullayev (60 kq), Sərxan Əhmədov, Nadir Babayev (hər ikisi 66 kq), Paşa Həbibzadə (73 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (90 kq) tatami üzərinə çıxacaqlar. Gənclərdən ibarət yığmanın baş məşqçisi Fərhad Məmmədovun rəhbərlik etdiyi kollektiv Yunanıstana iyunun 12-də yollanacaq. Qarşıdakı yarışa beynəlxalq dərəcəli hakimimiz Zair Məmmədov da dəvət olunub. Bundan başqa, turnirlə paralel Afinada beynəlxalq hakimlik dərəcəsi almaq üçün imtahan keçiriləcək. İmtahanda iki təmsilçimiz Fariz Hüseynov və Elmar Babanlı iştirak edəcəklər.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0