David Vilya Avropa çempionatlarının 8-ci het-trikini rəsmiləşdirib
11.06.2008 - 09:50
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya milli komandasının hücumçusu David Vilya Avropa çempionatlarının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, ispaniyalı futbolçu qitə birinciliyinin final mərhələsində het-trikə imza atan 7-ci oyunçu olub. Avstriya və İsveçrədə keçirilən turnirin ilk turunda Rusiya üzərində qələbəyə (4:1) 3 qolla töhfə verən D.Vilya final mərhələlərinin 8-ci het-trikini rəsmiləşdirib. Yalnız UEFA-nın hazırkı prezidenti fransalı Mişel Platini iki matçda belə uğura nail olub. İndiyədək yalnız 4 yığma təmsilçiləri bunu bacarmışdısa, 27 yaşlı hücumçu ilk ispaniyalı kimi adını siyahıya yazdırıb.
Qeyd edək ki, son het-trik 8 il əvvəl keçirilən Hollandiya – Yuqoslaviya matçına təsadüf etmişdi.
Qeyd edək ki, son het-trik 8 il əvvəl keçirilən Hollandiya – Yuqoslaviya matçına təsadüf etmişdi.
il | futbolçu | komandası | rəqib | hesab |
1976 | Diter Müller | AFR | Yuqoslaviya | 4:2 |
1980 | Klaus Allofs | AFR | Hollandiya | 3:2 |
1984 | Mişel Platini | Fransa | Belçika | 5:0 |
1984 | Mişel Platini | Fransa | Yuqoslaviya | 3:2 |
1988 | Marko van Basten | Hollandiya | İngiltərə | 3:1 |
2000 | Serjio Konseysao | Portuqaliya | Almaniya | 3:0 |
2000 | Patrik Klüyvert | Hollandiya | Yuqoslaviya | 6:1 |
2008 | David Vilya | İspaniya | Rusiya | 4:1 |
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0